Dərc edildi: Baxış sayı: 417
Slovakiyanın Azərbaycanda səfirliyi açıla bilər
"Slovakiya Azərbaycanda səfirliyini açmaq istəyir".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda Slovakiyanın baş naziri Peter Pelleqrini bildirib.
"Bundan başqa, iki ölkə arasında hökumətlərarası komissiya yaradılacaq. Azərbaycanın Avropadakı statusunun necə vacib olduğunu bilirik. İki ölkə arasında ticarət dövriyyəsi son illər artıb, lakin istədiyimiz səviyyədə deyil. Slovakiya şirkətləri maşınqayırma, energetika, informasiya və kommunikasiya texnologiyaları, kimya sənayesi və digər sahələrdə əməkdaşlıqda maraqlıdır", - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət