Slovakiya rusiyalı diplomatları ölkədən çıxarıb
Slovakiyanın baş naziri rusiyalı diplomatların ölkədən çıxarılmasına aydınlıq gətirib.Ens.az Modern.az-a istinadən xəbər verir ki, İqor Matoviç rusiyalı diplomatların Slovakiyadan çıxarılmasını Berlində 40 yaşlı Gürcüstan vətəndaşının qətlə yetirilməsi ilə əlaqədar olduğnu deyib.
“Bir neçə gün əvvəl mənə Slovakiyadakı Rusiya səfirliyinin bəzi əməkdaşlarının fəaliyyəti ilə bağlı və Almaniyada qətlin törədilməsində vizalarımızdan sui-istifadə hallarının təsdiqlənməsi barədə məlumat veriləndə, dərhal başa düşdüm ki, belə hərəkətlər cavabsız qalmamalıdır”, – deyə Matoviç qeyd edib.
Bununla yanaşı, Slovakiyanın baş naziri sosial şəbəkələrdə də öz sözünü deyib:
“Bəzən öz dostların üçün də məhdudiyyətlər qoymaq lazım gəlir. Hə, ruslar bizim slavyan qardaşlarımızdır, Rusiya isə ticarət ortağımızdır. Amma bu, Slovakiyanın diplomatik qaydaların gülünc vəziyyətə salındığı banan respublikası yox, suveren bir dövlət olduğunu dəyişmir ”.
Xatırladaq ki, Berlin prokurorluğu Gürcüstanın vətəndaşının qətlində RF-nın vətəndaşını ittiham edir. Rusiya tərəfi isə Berlində baş verən qətllə heç bir əlaqəsi olmadığını iddia edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət