Dərc edildi: Baxış sayı: 351
Slovakiya prezidenti koronaya yoluxdu
ABŞ-da işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın COVİD-19 (koronavirus) testi müsbət çıxıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.
Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-a səfərinin son günü - fevralın 4-də işgüzar proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-a gəlib, daha sonra Kaliforniyaya gedib. Slovakiya Prezidenti sahibkarlardan ibarət nümayəndə heyətinə rəhbərlik edib, xüsusən də Quql şirkətinin baş ofisində olub.
Çaputova fevralın 5-də Slovakiyaya qayıdacaq. O, yaxın günlər üçün iş proqramını da ləğv edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət