Dərc edildi: Baxış sayı: 408
Slovakiya- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri MSN-də olub
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə respublikamızda səfərdə olan Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek ilə görüşüb.
AzNews.az xəbər verir ki, bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan-Slovakiya arasında formalaşmış dostluq münasibətlərindən və müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb.
Görüşdə Milli Məclisin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyev də iştirak edib
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət