Slimfit
  1. İDMAN

Slovakiya - Azərbaycan matçını ukraynalı hakimlər idarə edəcək

Slovakiya - Azərbaycan matçını ukraynalı hakimlər idarə edəcək
Sakura

Slovakiya - Azərbaycan matçını ukraynalı hakimlər idarə edəcək

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Slovakiya - Azərbaycan matçının təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Sergey Boykoya yan xətt hakimləri - Vladimir VolodinSemen Şlonçak köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vitali Romanov yerinə yetirəcək.

Görüşün hakim-inspektoru maltalı Kevin Azzopardi, UEFA nümayəndəsi isə şotlandiyalı Skot Struthers olacaq.

Qeyd edək ki, Azərbaycan millisi bu gün "Bakcell Arena"da Uelslə qarşılaşacaq. Qarşılaşma saat 21:00-da başlayacaq. Noyabrın 19-da Trnavada keçiriləcək Slovakiya - Azərbaycan oyunu isə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR