Slimfit
  1. AZƏRBAYCAN

“Skylife” jurnalı: Zümrüd rəngli Gəncə

“Skylife” jurnalı: Zümrüd rəngli Gəncə
Sakura

“Skylife” jurnalı: Zümrüd rəngli Gəncə

İldə 70 milyon insanın oxuduğu Türkiyənin “Skylife” turizm jurnalında Gəncə haqqında geniş məqalə dərc edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 8 səhifədən ibarət olan “Gence: Zümrüt Renginde Huzur” adlı məqalənin mətni Melike Barrancoya, şəkilləri isə Felipe Barrancoya məxsusdur.

“Gəncəyə çatdığım andan tərtəmiz hava ilə ciyərlərim bayram etdi” yazan müəllif qədim şəhərin saf havasına diqqət çəkib. Məqalədə Gəncə şəhərinin görməli yerləri, zəngin tarixi abidələri, həmçinin müasir memarlıq nümunələrindən bəhs edilib. Hər addımda tarixin bir parçası ilə qarşılaşan müəllif şəhərdə sürətli inkişafın baş verdiyini qeyd edib.

Zümrüd rəngli diyar kimi təqdim olunan Gəncənin məşhur qaymağı, möcüzəli balı və incə lavaşı da qonağın diqqətindən yayınmayıb.

Məqalədə gəncəlilərin qonaqpərvərliyindən, qırmızı kərpiclərlə hörülmüş möhtəşəm memarlıq abidələrindən xüsusilə söhbət açılıb. Qədimliklə müasirliyin qovuşduğu Gəncədə Karvansaray, Çökək Hamam, Şah Abbas Məscidi, Cavad xan Türbəsi, “İmamzadə” dini kompleksi və Nizami məqbərəsi ilə tanış olan müəlliflər oxuculara şəhərin tarixi barədə də ətraflı məlumat veriblər.

Müəlliflər yazıda Gəncənin müasir tikililərinə də diqqət çəkib, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzi, Park Kompleksinin heyrətamiz mənzərəsindən bəhs ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR