Slimfit
  1. İDMAN

“Şkendiya”nın kapitanı: “Sumqayıt”dan daha güclüyük

“Şkendiya”nın kapitanı: “Sumqayıt”dan daha güclüyük
Sakura

“Şkendiya”nın kapitanı: “Sumqayıt”dan daha güclüyük

Şimali Makedoniyanın “Şkendiya” komandasının kapitanı Eqzon Beytulay Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Ens.az Match.Az-a istinadən xəbər verir ki, o, bu gün Sumqayıtda baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

“Bu oyuna kifayət qədər yaxşı hazırlaşmışıq. Rəqibimiz yetərincə güclüdür. Amma biz daha güclüyük. Komanda şəklində oyun sərgiləyərək, mərhələ keçməyə çalışacağıq”. 

26 yaşlı futbolçu bildirib ki, avrokubok təcrübəsindən əlavə, hazırlıq səviyyələri onlara mərhələ adlamaqda yardımçı ola bilər: 

“Sumqayıt"ın evdə oynamasının üstünlük olduğunu deməklə nəyi nəzərdə tutduğunuzu bilmirəm. Oyun 90 dəqiqədir və hamının imkanları bərabərdir. Hazırlıq səviyyəmiz və avrokubok təcrübəmizi üstünlüyümüz sayırıq". 

Qeyd edək ki, avqustun 27-də "Sumqayıt Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçına saat 20:00-da start veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR