Slimfit
  1. PSİXOLOGİYA

Sizin böyümədiyinizi göstərən 7 əlamət

Sizin böyümədiyinizi göstərən 7 əlamət
Sakura

Sizin böyümədiyinizi göstərən 7 əlamət

Uşaqlıq həyatımızın ən saf və xoşbəxt dövrüdür. Təəssüf ki, uşaqlıq illəri çox sürətlə keçir. Çox vaxt uşaqlıqdan ayrılmaq istəmirik. Bəzən bu reallıqla barışmayanlar tapılır. Bu da infantilizmin sübutudur. İllər ötsə də siz özünüzü uşaq kimi aparırsınız.

Bu məqalədə sizə hələ də uşaq olduğunuzu göstərən 7 əlaməti sadalayacağıq:

  1. Siz öz qayğınıza qalmırsınız

Uşaqlıqda olanları xatırlayın: ana nahar hazırlayırdı, paltarları yuyurdu, ata isə problemlərin sizə təsir etməməyi üçün çalışırdı. Lakin yaşınız artdıqca siz bunları sərbəst etməlisiniz. Əgər siz özünüzə nahar hazırlamağı unudursunuzsa və öz problemlərinizi sərbəst həll edə bilmirsinizsə onda infantilizm barədə danışmaq olar.

  1. Siz alış-verişə siyahısız gedirsiniz

Adətən böyüklər və şüurlu insanlar mağazaya getməzdən əvvəl alacaqlarının siyahısını tərtib edir.

  1. Sizdən başqa ətrafdakıların hamısı günahkardır

Böyük insan hər zaman öz əməllərinə görə öhdəlik daşıyır. Əgər siz öz uğursuzluğunuzda sizdən başqa hər kəsi günahlandırırsınızsa, onda siz hələ də böyüməyibsiniz. Adi günü nəzərdən keçirək: siz köynəyinizi tapa bilmirsiniz, bunda isə başqalarını günahlandırırsınız.

  1. Sizin gündəlik cədvəliniz yoxdur

Əgər siz işlə təhsili qarışdırırsınızsa, onda siz gününüzü əvvəlcədən planlaşdırmalısınız. Böyüklər belə edir.

  1. Siz əminsiniz ki, ən yaxşıya layiqsiniz

Təsəvvür edək ki, siz mənzil almaq barədə düşünürsünüz, lakin bunun üçün heç nə etmirsiniz. Bu infantilizmdən xəbər verir. Böyüklər nəticə əldə etmək üçün mümkün olan hər şeyi edir. Sadəcə istəmək kömək etmir.

  1. Siz əvvəlcə pulu xərcləyirsiniz, sonra isə hesabları ödəmədiyinizi xatırlayırsınız

Böyüklər hesabları ödəyir, sonra isə qalan pulu xərcləyir. Uşaq ruhlu insanlar isə əksinə edir.

  1. Siz inkişaf etmək istəmirsiniz

Uşaq kimi olan insanlar yeni bir şeyi öyrənməyə cəhd etmir, öz işi ilə razıdır və daha böyük məqsədləri yoxdur. Böyüklər isə hər zaman yeni yüksəklikləri əldə etmək üçün çalışırlar.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR