Dərc edildi: Baxış sayı: 320
Sizcə, kraliçanın prezidentə hədiyyəsi nə ola bilər?
Böyük Britaniya kraliçası II Yelizaveta bu gün ABŞ prezidenti Donald Trampla görüşündə ona və birinci xanıma hədiyyələr bağışlayıb.
Kraliça birinci xanım Melaniya Trampa xüsusi hazırlanmış gümüş mücrü hədiyyə edib.
BBC xəbər verir ki, Donald Trampa isə kraliça Uinston Çörçillin nadir nəşri “İkinci Dünya müharibəsi” kitabını bağışlayıb. Kitab qızıl suyuna çəkilib və yuxarı küncündə kraliçanın qızıl monoqramı var.
II Yelizaveta həmçinin, Trampa özü üçün dizayn edilmiş xüsusi qələm dəstini bağışlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət