Slimfit
  1. CƏMİYYƏT

Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb

Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb
Sakura

Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Siyəzən şəhərində fəaliyyət göstərən quş kəsimi və qablaşdırma sexinə baxış keçirilib.

Ens.az xəbər verir ki, AQTA-nın Xaçmaz regional bölməsindən APA-nın şimal bürosuna verilən məlumata görə, vətəndaş Əhmədov Nəsir Ramazan oğluna məxsus və “Quba çolpası” əmtəə nişanı ilə fəaliyyət göstərən obyektlərə baxış zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.

Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların çəkisinin su ilə artıldığı müəyyənləşdirilib.  

Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

Hər iki obyekt barəsində müvafiq protokol tərtib olunub və fəaliyyətlərinin dayandırılması barəsində qərar qəbul olunub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR