Slimfit
  1. İQTİSADİYYAT

Siyəzəndə heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Siyəzəndə heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır
Sakura

Siyəzəndə heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Siyəzən rayon Baytarlıq idarəsi tərəfindən 2019-cu ilin ilk günlərindən başlayaraq 7 sahə baytarlıq məntəqəsi vasitəsilə ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına başlanılıb.

Bu barədə “Report”a DBX-dən bildirilib.

Məlumata görə, hazırda Dövlət Baytarlıq Xidmətinin Siyəzən rayon Baytarlıq idarəsinin Eynibulaq sahə baytarlıq məntəqəsi tərəfindən Eynibulaq kənd sakini Mehrəliyev Fərəcə məxsus şəxsi təsərrüfatda olan 29 baş iribuynuzlu, baş təkdırnaqlı heyvanda qarayara xəstəlikləri əleyhinə peyvəndlənmə tədbiri aparılıb. Ümumiyyətlə, cari ilin təbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan 10997 baş iribuynuzlu,477 baş təkdırnaqlı heyvanda qarayara,1554 baş həyət itində quduzluq xəstəliklərinə qarşı peyvəndlənmə tədbiri aparıb. Eləcə də 1528 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürüb və 400kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

Artıq bütün ölkədə olduğu kimi, Siyəzən rayonunda da iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Dövlət Baytarlıq Xidməti epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı həm xırdabuynuzlu (dabağın A,O tiplərinə), həm də iribuynuzlu (dabağın A,O,Asiya-1 tiplərinə) heyvanlar arasında peyvəndləmə tədbirləri aparır. Siyəzəndə bu xəstəliyə qarşı 24 min baş iribuynuzlu, 82 min baş xırdabuynuzlu heyvanda aparılması nəzərdə tutulub.

Tədbirlər çərçivəsində baytar mütəxəssislər vətəndaşlar arasında maarifləndirmə işləri aparır, heyvanların yemlənmə, bəslənmə şəraitini yaxşılaşdırılması və zoobaytar tələblərə ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verirlər.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra Siyəzən rayonunda ev quşları arasında nyukasl, nodulyar dermatit, leptosprioz, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospriz xəstəliklərinə qarşı profilaktik peyvəndlənmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR