Slimfit
  1. AZƏRBAYCAN

Siyavuş Novruzov Qarabağ əlillərinin müdafiəsinə qalxdı

Siyavuş Novruzov Qarabağ əlillərinin müdafiəsinə qalxdı
Sakura

Siyavuş Novruzov Qarabağ əlillərinin müdafiəsinə qalxdı

“Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir. Prezident İlham Əliyev, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva tərəfindən veteranların sosial müdafiəsi istiqamətində kifayət qədər addımlar atılır. Özəl sektor da onların müdafiəsi istiqamətində addımlar atmalıdır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. 

Komitə sədri bildirib ki, əlillərin işə cəlb edilməsində Qarabağ əlilləri əsas rol oynamalıdır: “Əgər Qarabağ əlili hansısa təşkilatda işləyirsə, ixtisarlar ən son onlara şamil olunmalıdır. Bura Əfqanıstan veteranlarını da şamil edirəm. Onların arasında əlillər, veteranlar, Qarabağ müharibəsində iştirak edənlər var ki, onların sosial müdafiəsi istiqamətində addımlar atılmalıdır”. 

YAP rəsmisi qeyd edib ki, veteranlara 56 manat müavinət verilir, lakin onlar təqüdə çıxdıqdan sonra həmin puldan 18 manat tutulur: “ Bu müavinət onlara avtobus, qaz, işıqdan pulsuz istifadənin ləğvindən sonra ayrılıb. Bunun təqaüdə nə aidyyatı var? Məgər kimsə təqaüdə çıxanda həmin şəxslər veteranlıqdan çıxırlar?”.

Veteranların mənzil şəraitinin yaxşılaşdırılmasına toxunan S. Novruzov qeyd edib ki, Əfqanıstan veteranları da bundan kənarda qalmamalıdır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR