Siyavuş Novruzov müxalifəti qanvermə aksiyasında iştiraka dəvət edib
"Məhərrəm ayında insanlar özünə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar. Çünki bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkir, onların qana ehtiyacı var. Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiya keçirir".
"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında qanvermə aksiyası zamanı partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib.
YAP rəsmisi qeyd edib ki, insanlar Aşura günündə məscidlərdə qan versinlər, amma özünüdöymə, başyarma hallarına yol verməsinlər:
S.Novruzov müxalifəti də qanvermə aksiyasında iştirak etməyə dəvət edib: "Müxalifət nə ağac əkir, nə də qan verir... Onların addımları yalnız söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət