Siyavuş Novruzov evlilik verilişlərini tənqid etdi
“Azərbaycan televiziyalarında xaricdən götürülmüş ənənələri tətbiq edirlər”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
“Azərbaycanın öz adət-ənənəsi var. Efirə bir də görürsən ki, 70 yaşlı adamı çıxarıb evləndirmək istəyirlər. Bu, bizim adət-ənənəyə ziddir. Rusiyada da belə verilişlər var, amma onların öz adəti var. Biz belə olmalı deyilik”, - deyə o əlavə edib.
Siyavuş Novruzov bildirib ki, Azərbaycanın milli mentaliteti nəzərə alınmalıdır.
“Bəzi verilişlərə çıxan insanlara demək lazımdır ki, sənə cəmiyyət baxır, ailən baxır, nəvən baxır. Kimsə bu verilişlərdən pul qazanır, deyək ki, 5 min manat. Allah qəbul eləsin! Amma o demək deyil ki, milli mentalitetə zidd, biabırçı verilişlər olmalıdır”, - deyə deputat qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət