Siyasətlə məşğul olmaq insan sağlamlığına zərər imiş - Maraqlı araşdırma
ABŞ-da aparılan bir araşdırmaya görə, siyasətin insan sağlamlığına mənfi təsiri vardır.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, ingilislərin "YouGov" şirkəti bu araşdırma üçün 800 nəfər arasında sorğu keçirib. Nebraska-Linkol Universiteti tərəfindən aparılan sorğuya qatılanların 40%-i siyasətin onlarda stresə səbəb olduğunu deyib. Hər 5 nəfərdən biri siyasət səbəbindən yuxu problemi yaşadığını bildirib.
Araşdırmaya qatılanlardan 20%-i siyasi fikirlərin ayrılığı səbəbindən dostluq münasibətlərinin pozulduğunu qeyd ediblər. Yenə hər 5 nəfərdən biri bu səbəbdən özünü yorğun hiss etdiyini deyib. Siyasət səbəbindən intihar həddinə çatdığını da dilə gətirənlər olub.
Sorğuda iştirak edənlərin 12 faizi siyasətin fizini sağlamlığa zərər olduğunu deyib. 32 faizi isə mediada öz siyasi düşüncələrinin əksinə olan xəbərlər gördüyündə sinir keçirdiklərini qeyd ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət