Slimfit
  1. DÜNYA

Siyasətçilər özlərini karantinə aldı - Ofisləri bağlandı

Siyasətçilər özlərini karantinə aldı - Ofisləri bağlandı
Sakura

Siyasətçilər özlərini karantinə aldı - Ofisləri bağlandı

ABŞ-ın Demokratlar Partiyasının senatoru Ted Kruz və Nümayəndələr Palatasının üzvü Paul Qosar özlərini karantinə alıb.

Publika.az xəbər verir ki, siyasətçilər yeni tip koronavirusa yoluxan şəxslə təmasda olduqları üçün bu qərarı verdiklərini bildirib.

T.Kruz sözügedən şəxslə iki həftə əvvəl Merilənd ştatında təşkil olunan konfransda görüşdüyünü bildirib. Arizona senatoru P.Qosar da açıqlamasında koronavirusa yoluxan həmin şəxslə eyni konfransda üz-üzə görüşdüyünü deyib. O, Konqres binasındakı ofisinin həftə boyunca qapalı olacağını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Mayk Pens və Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun qatıldığı toplantılarda koronavirusa yoluxma faktı aşkarlanmışdı.

Xatırladaq ki, ABŞ-da indiyə qədər 554 koronavirusa yoluxma faktı qeydə alınıb. 22 nəfər dünyasını dəyişib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR