Slimfit
  1. MƏDƏNİYYƏT

Sivilizasiya

Sivilizasiya
Sakura

Sivilizasiya

Sivilizasiya – müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünyaməkanında sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyinə deyilir. O, tarixin verilmiş bir anında bir neçə mədəniyyətlərin birləşməsini əks etdirir, elm və texnikanın təsiri nəticəsində həyatrifahının yaxşılaşdırılmasını səciyyələndirir Sivilizasiya latın sözü olub, “civis”- vətəndaş, “civitas”- cəmiyyət mənalarını ifadə edir.

Bu termin ilk dəfə 16-cı əsrdə meydana gəlmişdir. Lakin ən qədim dövrlərdə də sivilizasiya mövcüd olmuşdur. Şumer, Misir, Roma, Çin, Ərəb və s. son onminillikdə mövcud olmuş sivilizasiyalardan bir neçəsidir.

Sivilizasiyalar, hər şeydən əvvəl -  texniki-iqtisadi inkişaf dərəcəsinə görə; iqtisadi və sosial proseslərin sürəti, mənbələri, üzvilik mexanizmi və dərəcəsinə görə; hakim dini və dünyagörüşüxüsusiyyətlərinə və mədəni proseslərdə tutduqları yerə görə fərqlənirlər. Beləliklə, sivilizasiyalar nəzəriyyəsi tarixi prosesin fasiləsizliyinə, insan nəslinin vəhdətinə, ümumbəşəri nailiyyətlərin varisliyi və zənginləşdirilməsi ideyalarına üstünlük verir, onu üzə çıxarır.

Bəşər tarixinə müraciət etsək görərik ki, hələ ən qədim dövrlərdən şərq və qərb sivilizasiya tipləri daha çox diqqət çəkmiş və tarixdə geniş yer almışdır. Şərq elmin, mədəniyyətin, ilk bəşəri dəyərlərin beşiyi olmuş, antik sivilizasiya qədim şərq sivilizasiyasından bəhrələnmişdir. Antik sivilizasiyadan sonra bəşər tarixində ən parlaq dövr islamın yaranması ilə başlanmışdır. Elm və mədəniyyətin inkişaf mərkəzi yenidən şərq dünyasına köçmüşdür. Bu dövrdə islamla sıx surətdə bağlı olan yeni sivilizasiya dalğası özündən əvvəlki elmi nəaliyyətlərin, mədəni - mənəvi dəyərlərin dağılmasına yol verməmiş, onları qoruyub saxlamış, inkişaf etdirmiş və qərb dünyasının yeni intibahı üçün zəmin yaratmışdır. Qərbsivilizasiyası şərqdən bəhrələnmiş və o, texnika və texnologiyanın sürətli inkişafı, predmetdünyasının və adamların sosial əlaqəsinin sürətlə dəyişməsi xarakterizə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR