Slimfit
  1. MARAQLI

Şirvanşahın 500 illik sikkəsi su qiymətinə satılır

Şirvanşahın 500 illik sikkəsi su qiymətinə satılır
Sakura

Şirvanşahın 500 illik sikkəsi su qiymətinə satılır

Feysbuk sosial şəbəkəsindəki “Auksion/Hərrac” səhifəsində Şirvanşahlar dövlətinin hökmdarı Fərrux Yasar (1465-1500) dövrünə aid gümüş sikkəni satışa çıxarılıb.

Kult.az xəbər verir ki, 1490-cı ilə aid olduğu bildirilən gümüş sikkənin ilkin qiyməti 1 manat, təklif olunan məbləğ isə 30-35 manat civarındadır.

Sosial şəbəkə istifadəçiləri belə bir tarixi sikkənin ucuz qiymətə satılmasının yolverilməz olduğunu deyiblər.

Məsələ ilə bağlı saytımıza danışan Tarix Muzeyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Babayeva bildirib ki, sözügedən sikkə ilə bağlı onlara məlumat daxil olmayıb:

“Həqiqətən, o gümüş sikkə tarixi əhəmiyyətli olsa, ala bilərik. Tarix Muzeyində alğı-satqı komissiyası fəaliyyət göstərir və muzeyə tarixi əhəmiyyətli əşyalar gətirilir. Bizim komissiya sikkənin maddi dəyərini təyin etdikdən sonra alıb muzeyə qoya bilər. Bu məsələ ilə bağlı araşdırma aparacağıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR