Slimfit
  1. CƏMİYYƏT

Şirvanda əhalinin içməli su ilə taminatının yaxşılaşdırılması məqsədilə 2 su anbarı tikiləcək

Şirvanda əhalinin içməli su ilə taminatının yaxşılaşdırılması məqsədilə 2 su anbarı tikiləcək
Sakura

Şirvanda əhalinin içməli su ilə taminatının yaxşılaşdırılması məqsədilə 2 su anbarı tikiləcək

Hazırda şəhərdə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri həyata keçirilir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, içməli su təchizatı sektorunda həyata keçirilən böyük infrastruktur layihələrindən olan Şirvan-Muğan qrup su kəmərinin istifadəyə verilməsi Şirvan şəhərinə içməli suyun verilməsindən sonra şəhərdaxili şəbəkələrin yenidən qurulması işləri həyata keçirilib. Dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində şəhərin bir hissəsinin içməli su şəbəkəsi yenilənib. Ümumilikdə indiyədək şəhərdə 60 km-dən çox içməli su, 7 km-dək kanalizasiya xətləri çəkilib və 11 minədək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Hazırda şəhərin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması və genişləndirilməsi işləri mərhələlərlə davam etdirilir.

Bu il icra olunan layihə çərçivəsində Şirvan şəhərinin “Bağ evləri” massivi adlanan ərazidə 14 kilometrdən çox içməli su şəbəkəsinini qurulması və 2 minədək abonentin dayanıqlı içməli su ilə təmin olunması nəzərdə tutulub. Eyni zamanda “Təzə şəhər” massivində müxtəlif diametrli borularla 3 km-dək kanalizasiya şəbəkəsi quraşdırılacaq. Hazırda bu ərazilərdə nəzərdə tutulmuş işlərin 50 faizə qədəri icra olunub və cari ilin sonunadək işlər yekunlaşacaq.

Şəhərdə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi növbəti illərdə də davam etdiriləcək. Ümumilikdə Şirvan şəhərində 257 km içməli su və 228 km tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Eyni zamanda şəhərin dayanıqlı su təchizatı məqsədilə ümumi tutumu 19000 m3  olan 2 su anbarı inşa ediləcək. Şirvan şəhərində formalaşan tullantı sularının kənarlaşdırılması məqsədi ilə layihə çərçivəsində sutəmizləyici qurğular kompleksinin tikintisi nəzərdə tutulub. Bu qurğu vasitəsi ilə gələcəkdə Hacıqabul şəhərinin də tullantı suları təmizlənəcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR