Dərc edildi: Baxış sayı: 459
Şirkət rəhbəri əməkdaşı qanunsuz işdən çıxardığına görə cərimələnib
“Tomstil” MMC-nin direktoru Gülşən Mehdiyeva inzibati qaydada cərimə edilib.
"Report"un xəbərinə görə, o, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Bu əmələ görə, vəzifəli şəxslər üçün 500 manatdan 2000 manatadək cərimə cəzası nəzərdə tutulub.
Nəsimi Rayon Məhkəməsinin 12.06.2019 tarixində verdiyi bu qərardan şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Tomstil” MMC geyim və aksesuarların dizaynı və istehsalı ilə məşğul olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət