Slimfit
  1. SİYASƏT

Şirin Ebadi İranı Azərbaycandan üzr istəməyə çağırıb

Şirin Ebadi İranı Azərbaycandan üzr istəməyə çağırıb
Sakura

Şirin Ebadi İranı Azərbaycandan üzr istəməyə çağırıb

“İran rejimi anormal bir rejimdir”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,  bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” adlı panelə videomüraciətində Nobel mükafatı laureatı Şirin Ebadi bildirib.

Şirin Ebadi deyib ki, İranın Suriya və İraqa müdaxiləsi Tehranın bu ölkələrin sabitliyini pozduğunu göstərir.

“Ancaq İran rejiminin bu addımları xalq tərəfindən dəstəklənmir. Xalq rejimin ölkədə insanlara təzyiqinə və İranın digər ölkələrə müdaxiləsinə qarşıdır. 2022-ci ilin payızında İranda baş geyiminə görə başlayan hadisələr xalqın narazılığını təzahürüdür. İran xalqı azad olacaq. Bu rejim dağılana, İran demokratik dövlətə çevrilənə qədər bu hərəkat davam edəcək. Qlobal Forumun iştirakçılarının İranda azadlıq hərəkatına dəstək verəcəklərini gözləyirik. Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə də İran üzr istəməlidir. İranda demokratiyanın olması vacibdir və biz sonda öz məqsədlərimizə nail olacağıq”, - o deyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR