Dərc edildi: Baxış sayı: 862
Şirəkli Həsən - Söylə
Ağbabadan əsən yellər,
Məndən yurda salam söylə.
Qocalmışam vaxt-vədəsiz,
Uçub bürcüm-qalam söylə.
Qaraçanta üzü bəri,
Sarıqamış dalda yeri.
Gümrü dilimin əzbəri,
De necədi, lalam söylə.
Ağbabada o bulaqlar,
Yenə də mi elə çağlar,
Dağlar, “Həsən” deyib ağlar,
Saç-saqqalı çalam, söylə.
Mən Həsənəm, Şörəyeldən,
Ulu yurddan, ağır eldən,
İndilər düşmüşəm əldən,
Qəddi artıq “dal”am, söylə
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət