Slimfit
Şir
Sakura

Şir və ya aslan — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü

Şir və ya aslan (lat.Panthera leo) — pişiklərfəsiləsinin panter cinsinə aid heyvan növü.

Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlərvə s. ilə qidalanır. Boğazlıq dövrü 116 gün çəkir, 1-6, adətən 3-4 bala (çəkisi 400 qram) doğur. Cinsi yetkinliyə 3 yaşında çatır. 30-35 il yaşayır. Şirin pələng və bəbirlə mələzləri də var. Şimal-qərbi Hindistandavə Afrikanın ekvatorhissəsində (qoruqlarda) savanna, dağlıq yarımsəhra, çay sahili meşələr və səhralarda yaşayır.

 

Xarakterik xüsusiyyətləri

Şirlərin kütləsi 250 kiloqrama qədər, uzunluğu isə 3 metr olur. Nə vaxtsa Yunanıstandan Hindistanadək olan ərazidə geniş yayılmış şirlər indi əsasən Afrikanın şərqində və cənubunda kiçik dəstələr halında yaşayırlar. Bu dəstələri "prayd" adlandırırlar. Praydlar bir neçə yetkin erkək (bir və ya iki) və bir neçə dişidən ibarət olur.

Öz iti caynaqları və dişləri ilə pişikkimilərin ən böyük nümayəndəsi olan şirlər zürafədən tutmuş kütləsi 4 tona çatan hipopotam və hətta tısbağaları da yeyir.

Öz ölçülərinə görə erkəklərdən daha kiçik olan dişi şir buna baxmayaraq erkəklərdən daha sürətlidir (saatda 50 km-dək ) və insanlar üçün daha təhlükəlidir, xüsunən də balalarına qulluq edən zaman. Məhz dişilər gənc şirləri ov etməyə öyrədirlər. Onu da demək lazımdır ki, yetkin şir özündən 3 dəfə böyük olan canlını da öldürə bilər.

Güclü və sağlam şirlər otyeyən heyvanlarla qidalanır. Onlar qrup şəklində ov edirlər - əvvəlcə sürünərək qurbanlarına gizlicə yaxınlaşırlar, sonra qəflətən ona hücum edirlər. Şirlər qrup halında ov etsələr də, onların 5 cəhdindən yalnız biri uğurla başa çatır. Şirlərin gözü qaranlıqda yaxşı görür. Buna görə də ov adətən gecəyarısı və ya səhərə yaxın baş verir.

 

Şirlər insanların həyatında

Şir heyvanların şahı hesab edilir. Konqo sakinləri olan bantular ona ehtiram göstərir, hinduizmdə o pis ruhların qovucusu, buddizmdə isə qanun keşikçisi hesab olunur. Şir bir çox gerblərdə, xüsusən də Britaniya şahları - kral və kraliçaların gerblərində təsvir olunur.

 

Mədəniyyətdə

1900-cü ildə Uqandanın paytaxtı Kampaladan Hind okeanı sahilindəki Mombas limanınadək 1300 kilometrlik dəmiryolu inşa etmək planlaşdırılırdı. Kilimancaro dağının ətəyində yerləşən Tsavada dəmiryolu şirlərin məskunlaşdığı ərazidən keçməli idi. Burada yaşayan şirlər bir neçə günə 28 işçini yedilər və iş bir neçə həftəliyə təxirə salındı. Sonra şirləri təqib edərək öldürdülər. Yerli sakinlərin fikrincə, qədim şah və onun arvadı şir qismində gəlmişdilər ki, öz ərazilərini qorusunlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR