Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Siqareti mümkün qədər tez necə atmaq olar?

Siqareti mümkün qədər tez necə atmaq olar?
Sakura

Siqareti mümkün qədər tez necə atmaq olar?

Siqaret çəkənlərin siqareti tərgidərkən təkbaşına olmayanda tütündən imtina cəhdləri zamanı daha az problemləri olur. Bu nəticəyə Avropa kardioloqlar cəmiyyətinin Lissabondakı görüşündə çıxış edən britaniyalı həkimlər gəliblər.

“İnsanlar siqareti tərgitməyə çalışanda özlərini çox tənha hiss edirlər. Onlar artıq siqaret fasiləsinə və həmkarlarla işgüzar görüşlərə gedə bilmirlər. Həm də onlara nikotin pozğunluğu mane olur. Tanışların və ya ikinci yarısının kənardan köməyi onlar bütün bunlarla mübarizəyə güc verəcək”, - London (Birləşmiş Krallıq) İmperial kollecindən Maqda Lampridu (Magda Lampridou) bildirib.

Bu gün siqaret çəkmək və bununla bağlı xəstəliklər erkən ölümün əsas səbəblərindən biridir. ABŞ Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin statistikasına görə, hər il dünyada tünü və passiv siqaret çəkmək 6 milyon insanın ölümünə səbəb olur, siqaret çəkənlərin üçündən ikisi isə tütündən sui-istifadə səbəbindən ölürlər.

Siqaret çəkənlərin əksəriyyəti bu vərdişdən xilas olmağa çalışırlar, amma mövcud metodlara baxmayaraq hər kəs bunu edə bilmir. Alimlər aydınlaşdırıblar ki, belə fərqliliklər təkcə psixoloji deyil, həm də genetik təbiətə malikdir.

Məsələn: son illər bioloqlar ANKK1, CHRNA3 və CHRNA5 genlərində insanı siqaret çəkməyə meylli edən, həmçinin əks istiqamətdə işləyən bir neçə mutasiya aşkar ediblər.

Lamprid və onun həmkarları problemin üçüncü aspektinə - siqaret çəkməyin sosial yanaşmaya diqqət yetiriblər.

Onlar ürək xəstəliklərindən əziyyət çəkən iki yüz siqaret çəkən bir qrup toplayıblar. Həkimlər onlara uzun zamandır tütündən imtina etmələrini tövsiyə ediblər.

Eksperimentin bütün iştirakçıları ailəli insanlar idilər, özü də həyat yoldaşlarının üçdə biri siqaret çəkmirdi, digərləri isə tütündən son zamanlarda imtina etmişdilər və ya siqaret çəkməyə davam edirdilər. Onlardan bəziləri özlərinin ikinci yarısını aktiv dəstəkləməyə başladılar.

Alimlər nikotindən imtinadan sonra üzülməməyə kömək edən populyar proqramlardan birinə keçməyi təklif etdilər. Kardioloqlar eksperimentin iştirakçılarından növbəti aylarda ortaya çıxan problemlər haqqında ətraflı danışmağı xahiş etdilər.

Onlardan 64%-i asılılıqdan qurtulmağı bacardı, amma müxtəlif qrup siqaret çəkənlər arasında uğur səviyyəsi çox fərqli idi. Tütündən ikinci yarısının dəstəyi olmadan imtina etməyə cəhd edən könüllülər “kollektiv surətdə” siqareti atan ailə cütlüklərinə nisbətən təxminən altı dəfə daha az müvəffəqiyyət qazanırdılar.

Alimləri təəccübləndirən bu idi ki, siqaret çəkənlərin artıq tütündən imtina etdiyi və ya heç vaxt istifadə etmədikləri ailələrdə təcrübə əks effektə gətirib çıxardı. Belə hallarda könüllülərin əzabları onların partnyorlarını qısa zamanda siqaret çəkmək vərdişinə qayıtmağa və ya başlamağa məcbur edirdi.

Lampridu hesab edir ki, bütün bunlar göstərir ki, siqaret çəkənlər tütündən həmfikirlərin əhatəsində imtina etməyi və ailədəki digər nikotin sevərləri (əgər varsa) mütləq surətdə əmin etməyi lazımdır.

 

Mənbə: Ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR