Siqaret hər 6 saniyədə bir nəfərin həyatına son qoyur
Hər il dünyada 5 milyon insan siqaretə bağlı xəstəliklər səbəbi ilə həyatını itirməkdədir. Başqa sözlə desək siqaret hər 6 saniyədə 1 nəfərin həyatına son qoyur, - "Dunyabulteni".
Daxili Xəstəliklər və Medikal Onkoloji mütəxəssisi prof. dr. İsmail Çelik siqaretin başda xərçəng olmaq üzrə bir çox xəstəliklərin törəmə faktoru olduğunu söyləyib.
Çelik xərçənglərin təxminən yarısının tütün və tütün məmulatlarından istifadədən qaynaqlandığını ifadə edib.
Çelik, tütün və tütün məhsullarından istifadənin başda ağciyər xərçəngi olmaqla qırtlaq, udlaq, yemək borusu, ağız boşluğu, mədə, böyrək, sidik yolları xərçənginə səbəb olduğuna diqqəti çəkib.
"Siqaret tüstüsündə 4 minə yaxın kimyəvi maddə var. Bunun 50 faizə yaxını kanserogendir. Bunlardan başqa siqaretin kağızının istehsalında da 269-u (yanmış) qatqı maddəsi olmaqla 602 fərqli maddə istifadə edilir.
Çelik dünyada 15 yaş ətrafında 1,2 milyard insanın siqaret çəkdiyini və bu rəqəmin 2025-ci ildə 1.6 milyarda çatmasının gözlənildiyini bildirib.
"Hər il dünyada 5 milyon insan siqaretə bağlı xəstəliklər səbəbiylə həyatını itirməkdədir. Başqa sözlə desək hər 6 saniyədə 1 insan ölməkdədir. 2030-cu ildə isə 8 milyon insanın siqaret və tütün istifadəsinə bağlı xəstəliklərdən öləcək və bu ölüm hallarının 70 faizi də inkişaf etməkdə olan ölkələrdə olacağı nəzərdə tutulur".
Mənbə : Milli.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət