Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Siqaret çəkmək təhlükəli piy yığılmasının yaranmasına səbəb olur

Siqaret çəkmək təhlükəli piy yığılmasının yaranmasına səbəb olur
Sakura

Siqaret çəkənlərin adnominal əzələlərində daha çox piy olur

Siqaret çəkənlər arasında  onların bu məhvedici vərdişinin piylənməyə qarşı mübarizədə köməklik etdiyinə dair geniş yayılmış  mif var.  Ancaq  bu mif reallıqda öz  təsdiqini tapmır. Alimlərin də təsdiq etdiyi kimi,  tütünə aludə olmuş insanlarda  orqanizm  üçün təhlükəli olan piy yığılmasının böyük ehtimalla artması müşahidə olunur.

 Ens.az bildirir ki, Vanderbilt Universitetinin əməkdaşları KT skanerindən istifadə edərək üç mindən çox orta yaşlı könüllü ilə daxili orqanlar və qarın ətrafında piy yığılmalarını araşdırdıqları geniş bir tədqiqat aparıblar.  Tədqiqatın iştirakçıları əvvəllər uzunmüddətli CARDIA tədqiqat  layihəsində  iştirak etməyə razılıq vermiş insanlar olub.

 Əldə edilən məlumatların təhlili göstərib ki, siqaret çəkənlərin adnominal əzələlərində daha çox piy var, üstəlik  onlarda  bütövlükdə daha  çox viseral yağ - daha doğrusu daxili orqanların ətrafında toplanan  olduqca  təhlükəli  piy yığılmaları var. Söhbət  ürək problemlərinə və  II tip şəkərli diabetin yaranmasına səbəb olan yağlardan gedir.

 "Arıqlamaq üçün siqaret çəkirsinizsə, bu çox şübhəli strategiyadır. Tədqiqatımızın da  təsdiqlədiyi kimi, siqaret çəkənlərdə  visseral yağların əmələ gəlməsinə səbəb olan olduqca ciddi maddələr mübadiləsi pozğunluğu meydana çıxır. Sonuncu, normal  bədən kütləsi indeksi ilə də təsbit edilə bilər" deyə yeni elmi işin müəlliflərindən olan Devid Ceykobs bildirib.

Mənbə: med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR