Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Siqaret çəkmək rəng korluğuna səbəb olurmuş

Siqaret çəkmək rəng korluğuna səbəb olurmuş
Sakura

Siqaret çəkmək rəng korluğuna səbəb olurmuş

ABŞ-ın Ratqers Universitetinin alimləri siqaretdən müntəzəm istifadə edənlərin səhhətində yarana biləcək problemlər barədə açıqlama veriblər. 

Onların apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, gündə 20 ədəddən çox siqaret çəkən şəxslərin rəngləri bir-birindən fərqləndirmək qabiliyyəti azalır və onlar yaşlanarkən korluğa daha çox meyilli olurlar.

RenTV xəbər verir ki, mütəxəssislər 5 il ərzində 70 siqaret aludəçisi və heç vaxt  tütündən istifadə etməmiş 70 nəfər üzərində müşahidə aparıblar. 

Məlum olub ki, siqaret çəkməyənlərin görmə və rəngləri ayırd etmə qabiliyyəti daha yüksək səviyyədədir.

“Psychiatry Research” elmi jurnalında dərc edilmiş hesabatda bildirilib ki, bu nikotinin və tütün yanarkən yaranan tüstünün bir başa gözə təsiri ilə bağlı ola bilər. 

Həmçinin, alimlər  görmə qabiliyyətinin azalmasının gözün torlu qişasında oksidantların yüksək konsentrasiyası və əzələlərin büzüşməsi ilə əlaqədar ola biləcəyini də istisna etmirlər. 

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR