Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Siqaret çəkənlərin ağciyərlərini hansı məhsullar qoruyur?

Siqaret çəkənlərin ağciyərlərini hansı məhsullar qoruyur?
Sakura

Siqaret çəkənlərin ağciyərlərini hansı məhsullar qoruyur?

Onlar orqanizmin intoksikasiyadan qorunmasına kömək edirlər.

Ens.az bildirir ki, ABŞ və İsveçdən olan mütəxəssislər, çox siqaret çəkənlərin bu zərərli vərdişlərinin təsirini azaltmağa kömək edən məhsulları açıqlayıblar. Həkimlər və dietoloqlara görə, təzə tərəvəz və meyvələrdən istifadə etmək təhlükəli ağciyər xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edir.

Mütəxəssislər göyərti, tərəvəz və meyvələrin faydalı xüsusiyyətlərinin insan orqanizmini intoksikasiyadan qoruduğunu müəyyənləşdiriblər.  Bu, məhsulların tərkibindəki lif və antioksidantların olması ilə əlaqədardır.

Alma və bibər siqaret çəkənlər üçün ən faydalı məhsullar hesab olunur.  Tədqiqatlar göstərir ki, bu məhsulların davamlı istifadəsi xroniki obstruktiv ağciyər xəstəliyinin inkişaf riskini 40% azaldır.

Bununla yanaşı , giləmeyvə, soğan və kartof kimi məhsullar siqaret çəkən şəxslərin  sağlamlığına müsbət təsir göstərmir.

Ümumiyyətlə, dietoloqlar  siqaret çəkənlər üçün optimal qidalanma planı tərtib ediblər.  Onların fikrincə, siqaret çəkənlər hər gün beş porsiya tərəvəz, meyvə və göyərti yeməlidirlər.

Mənbə: lenta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR