Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Siqaret çəkənlər diqqətli olun! Koronavirus sizə daha çox təsir edir

Siqaret çəkənlər diqqətli olun! Koronavirus sizə daha çox təsir edir
Sakura

Siqaret çəkənlər diqqətli olun! Koronavirus sizə daha çox təsir edir

Bütün dünyanın gündəmini zəbt edən koronavirus ilə bağlı Türkiyənin Xalq Sağlamlığı İdarəsinin Mütəxəssisi Dr. Melike Yavuz siqaret çəkən insanlarda xəstəliyin daha ağır keçdiyini söyləyir.

 

Peyvəndi olmayan və dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirus xroniki xəstəlikləri olan insanlara daha çox təsir edir. Çində yayılan epidemiya zamanı aparılan elmi araşdırmalar, virusun insana hansı yollarla keçdiyini hələlik açıqlamasa da, aparılan tədqiqatlar virusun mutasiyaya uğradığını və insandan insana zəncirvari ötürüldüyünü göstərir. Heyvanlardakı koronavirusun nadir hallarda insanlara yoluxduğunu deyən Xalq Sağlamlığı İdarəsinin müdiri Melike Yavuz, risk qruplarından tutmuş doğru bilinən səhvlərə qədər bir çox mövzuda xəbərdarlıq edib

Cavan və aktiv fərdlər daşıyıcıdırlar

Dr. Melike Yavuz, koronavirusların həm insanlar , həm də heyvanlar arasında yayılan bir virus olduğunu və yeni koronavirusun insanlara yarasalardan keçdiyini söyləyib : "Koronaviruslar, dəvələr, mal-qara, pişiklər və yarasalar da daxil olmaqla bir çox müxtəlif heyvan növlərində yayılmış böyük bir virus ailəsidir. Bu virusun bəzi növləri insanlarda soyuqdəymə adlandırdığımız xəstəliyə səbəb olur. Hər birimiz həyatımızda bir dəfə də olsa soyuqdəymə keçirmişik. Sadə yuxarı tənəffüs yolları əlamətləri ilə müşaiyət olunan soyuqdəymə müalicə tələb etmədən öz-özünə sağalır. SARS -CoV 2 olaraq adlandırılan yeni koronavirusun yaratdığı xəstəliyə isə COVID-19 adı verilib. Xəstəlik gedişatına görə çox yüngûl formadan daha ağır və ölümcül formaya qədər geniş spektrda dəyişir.

Xəstəliyi daha ağır keçirən 60 yaşdan yuxarı insanlarda yaş artdıqca xəstəlik daha da şiddətlənir. Ürək, təyziq, şəkərli diabet və ağciyər xəstəliyi olanlar daha yüksək risk altındadır. Bu kimi xroniki xəstəliyi olanlar və yaşlı insanlar daha diqqətli olmalıdırlar. Bununla belə, risk qrupuna daxil olan xəstələri qorumaq üçün gənc və aktiv fərdlərin üzərinə daha çox məsuliyyət düşür. Çünki onlar xəstəliyi yüngül simptomlarla keçirirlər və bilməyərəkdən xəstəliyi risk qrupunda olan şəxslərə ötürürlər" O deyib.

Siqareti azaltmaq , bu virusa yoluxmaq riskini azaltmır.

Virusun siqaret çəkənlərə daha çox təsir etdiyini vurğulayan Yavuz, "Koronavirus yuxarı tənəffüs yollarına təsir edən bir xəstəlikdir. Ağır hallarda tənəffüs və ağciyər çatışmazlığı inkişaf edir. Ən çox bu hallar ölümə səbəb olur. Bilindiyi kimi, siqaret ən çox ağciyərlərə təsir edir. Siqaret çəkənlərin ağciyərlərinə dəyən ziyan, çəkilən siqaretin miqdarı və müddətindən asılı olaraq dəyişir. Bu, xəstəliyin siqaret çəkənlərdə çox inkişaf etməsinin əsas səbəbidir. Siqaretin azaldılması bu riski azaltmır. Elmi araşdırmalar göstərir ki, siqaret nə qədər tez tərgidilərsə , xəstəlik riski də o qədər azalır. 30 yaşa qədər siqaret çəkməyən şəxslərdə xəstəlik riski, müəyyən vaxtdan sonra siqaret çəkməyənlərlə eyni səviyyəyə enir. Siqaret çəkməyin təhlükəsiz səviyyəsi olmadığı üçün siqareti azaltmağı deyil, siqareti tərgitməyi məsləhət bilirəm. Gündə hətta 1 siqaret belə ürək- damar xəstəliyi riskini artırır və bu elmi şəkildə təsdiqini tapıb "deyib.

"Elmi təsdiqini tapmamış heç nəyə etibar edilməməlidir "

Yavuz, həmçinin virusla əlaqəli düz bilinən səhvləri də aşağıdakı qaydada sıralayıb:

"Bu məsələdə ən vacib və təsirli üsulun əl yumaq olduğunu söyləyə bilərik. Bunun əvəzinə isə antivirus olduğu sübut olunmayan digər şeylərə daha çox etibar edilir. Söhbət sarımsaq, sirkə, burnunu duzlu su ilə yumaq kimi vasitələrdən gedir. Elmi əsası olmayan heç nəyə etibar edilməməlidir. Bütün viruslar, bakteriyalar və göbələk xəstəliyindən qorunmanın ən təsirli üsulu əl yumaqdır. Bol su və sabunla tez-tez və ən azı 20 saniyə yuyun" - dəyə bildirib.

"Maska əsasən bilncli şəkildə istifadə edilmir"

"Maska çox təsirli bir üsuldur", deyən Yavuz əlavə edib ki, digər bir yanlışlıq onların bilincsiz şəkildə istifadə olunmasıdır. Çünki maska düzgün qaydada istifadə edildiyi təqdirdə təsirli ola bilər. Halbuki maska ​​əsasən düzgün olaraq istifadə olunmur. Maska taxmadan əvvəl əllər yaxşı yuyulmalıdır. Maskanı düzəltmək üçün əllərimizi tez-tez üzümüzə aparırıq. Əks təqdirdə, maskada yığılan mikroblarla təmasda olacağıq. Düşünmürəm ki, onu taxıb çıxardıqdan əvvəl və sonra əl yumaq vərdişimiz var. Bu yolla səhv istifadə olunarsa, o, qorunma vasitəsindən infeksiyanı yayan çirklənmə mənbəyinə çevrilmiş olacaq. Ona görə də, əm düzü xəstə olan şəxslərin maskadan istifadə etməsidir. Belədə, daha az maska ​​istifadə etməklə daha effektiv qorunma təmin ediləcək.

 

Mənbə: www.cumhuriyet.com.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR