Slimfit
  1. TÜRKİYƏ

Siqaret çəkən vətəndaşlar Türkiyənin böhrandan çıxmağına kömək edə bilər

Siqaret çəkən vətəndaşlar Türkiyənin böhrandan çıxmağına kömək edə bilər
Sakura

Siqaret çəkən vətəndaşlar Türkiyənin böhrandan çıxmağına kömək edə bilər

Türkiyə hökumətinə əsasən, siqaret çəkən vətəndaşlar tütün üçün yüksək vergiləri ödəməklə Türkiyəyə ölkəni bürüyən maliyyə böhranından qurtulmağa kömək edə bilər.

İqtisadçıların fikrincə, dərin tənəzzülə səbəb ola biləcək iqtisadi böhran fonunda Türkiyədə tütünün satışından olan vergi gəlirləri yüksəlir. Xatırladaq ki, bu il türk lirəsi ABŞ dollarına qarşı öz dəyərinin təxminən 40%-ni itirdi.

İlk 9 ay üçün gəlir artımı hökumətin ilik sonuna olan hədəfinin 85%-ə çatıb, bu o deməkdir ki, Maliyyə Nazirliyi asanlıqla 2018-ci il üçün hədəfi 37,8 milyard lirəyə ( 6,7 milyard dollar) artıracaq.

Karar şərhçisi İbrahim Kahvecinin sözlərinə görə, gəlirlərin artırılmasını qiymətlərin artımı ilə izah etmək olmaz, çünki bu il onlar cəmi 0,37% artıb. O hesab edir ki, bu göstəricilərin səbəbi yəqin ki, istehlakın artımıdır. Türkiyənin tütün məmulatlarından gələn vergi gəlirləri ölkədəki iqtisadi problemlərin ağırlaşmasına görə artır.

Qeyd etmək lazımdır ki, iyun ayında iqtisadi böhrana dair narahatlıqlar yaratmış lirənin kursunun düşməsinə qədər tütünün satışından gələn aylıq gəlir 3,4 milyard lirə idi. Kahvecinin sözlərinə görə, bu göstərici avqustda 4 milyard, sentyabrda isə 4,7 milyarda qədər yüksəldi. Bu il tütün məmulatlarına olan vergilərdən ümumi gəlir 44,4 milyard lirəyə çata bilər, çünki son üçn ay üçün orta göstəricilər son rüblə müqayisə edilir, şərhçi deyib.

Hökumətin keçən həftə tütün məmulatlarına olan vergilərin 2019-cu ildə 45,7 milyard lirə ölçüsündə ümumi göstəricilərinə dair elanı türk mətbuatında qiymətlərin artımı haqqında fərziyyələr yaratdı. Amma bu il üçün gəlirlər haqqında olan məlumatlar başqa şeydən xəbər verir, o əlavə edib.

 

Mənbə: Mk-turkey.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR