Dərc edildi: Baxış sayı: 450
Siqaret çəkən qadınlar pis vərdişdən daha çətin canını qurtarır
Kanadadakı Müqəddəs Mixail hospitalının müətəxəssislərinin araşdırmasına görə, qadınlar siqareti atmaq üçün daha çox çətinlik çəkir. Onlar kişilərlə müqayisədə iki dəfə çox əziyyət çəkirlər.
Bizimyol.info xəbər verir ki, araşdırmada 233 nəfər iştirak edib. Onların orta yaşı 56 olub. Bu adamlara hər gün siqaret əleyhinə dərman verilirmiş. Yarım ildən sonra kişilərdən 58-i (25 faiz) siqaret atmağı bacarıb. 68 kişi isə (29 faiz) çəkdiyi siqaret sayını kəskin azaldıb.
Qadınlar bu istiqamətdə kişilər qədər uğurlu olmayıb. Onların yalnız 21 faizi ya siqareti atmağı, ya da sayı azaltmağı bacarıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət