Dərc edildi: Baxış sayı: 518
Sinqapurda internetə məhdudiyyətlər qoyulacaq
Sinqapur hökuməti yalan məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə internetə məhdudiyyətlər qoyacaq.
Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Li Syan Tun deyib.
Li Syan Tun qeyd edib ki, elə cəmiyyət yoxdur ki, orada idarə olunmayan söz azadlığı olsun. O deyib ki, ABŞ və Avropa ölkələri, xüsusilə Almaniya saxta məlumatların yayılması problemi ilə mübarizə aparırlar.
Baş nazirin sözlərinə görə, son ictimai sorğuya görə, sakinlərin təxminən 80%-i saxta məlumatları tanımaq qabiliyyətinə malik olduğuna əminlik ifadə edib. Eksperimentə görə, onlardan yalnız 10 faizi bunu etməyə qadirdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət