Slimfit
  1. DÜNYA

Sinqapurda ictimai nəqliyyatda telefonla danışmaq qadağan edildi

Sinqapurda ictimai nəqliyyatda telefonla danışmaq qadağan edildi
Sakura

Sinqapurda ictimai nəqliyyatda telefonla danışmaq qadağan edildi

Sinqapur hökuməti sakinlərə ictimai nəqliyyatda mobil telefonlarla danışmağı qadağan edib.

İnsanlar infeksiyaların ötürülmə riskini azaltmaq üçün ictimai nəqliyyatda bir-biri ilə ünsiyyəti minimuma endirməyə çağırılıb.

TASS-ın verdiyi məlumata görə, bu, iyunun 1-dən sonra ölkənin tədricən karantin rejimindən çıxmasından sonrakı dövrə aid tədbirlərə aiddir.

“Bilirik ki, bir metrə qədər olan sosial məsafəni saxlamaq nəqliyyatda çox çətin olacaq. Həyat tədricən normal halına dönməyə başlayanda bir çox müəssisələrin fəaliyyəti bərpa ediləcək, məktəblərdə və universitetlərdə dərslər başlayacaq. Buna görə də, bir sıra təhlükəsizlik tədbirləri görməliyik”, - deyə, Sinqapur hökumətinin nəzdində işçi qrupunun həmsədri, Milli İnkişaf naziri Lourens Von bildirib.

O qeyd edib ki, metroda və avtobuslarda sakinlər telefonla danışmaqdan və bir-biri ilə ünsiyyətdən çəkinməlidirlər. Bununla yanaşı, qoruyucu maskaların məcburi taxılması davam edəcək.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR