Slimfit
  1. DÜNYA

Sinqapur hakimiyyəti internetə məhdudiyyət qoya bilər

Sinqapur hakimiyyəti internetə məhdudiyyət qoya bilər
Sakura

Sinqapur hakimiyyəti internetə məhdudiyyət qoya bilər

Sinqapur hökuməti ifadə azadlığını qorumaq və cəmiyyətə ciddi zərər vurmadan yalan informasiyanın yayılmasının qarşısını almaq məqsədilə internet istifadəçiləri üçün bir sıra məhdudiyyətlər tətbiq edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə respublikanın Baş naziri Li Syan Lun aprelin 29-da yerli mətbuata müsahibəsində bildirib. Müsahibə ölkə parlamentində “İnternetdə yalan informasiyaların və manipulyasiyaların yayılmasından müdafiə” barədə qanun layihəsinin müzakirəsi ərəfəsində dərc olunub.

“Biz hüquqi meydanda söz azadlığını qoruyacaq, insanlara informasiya, fikir mübadiləsi etməyə imkan verəcək müvafiq məhdudiyyətlər tətbiq etməliyik”, - Baş nazir belə deyib. Onun sözlərinə görə, dünyada tam və idarə edilməyən söz azadlığının olduğu cəmiyyətlər mövcud deyil və həm ABŞ, həm də Avropa ölkələri yalan informasiyanin yayılmasına qarşı mübarizə aparır.

Aprelin 1-də Sinqapur hökuməti yalan informasiyanın yayılmasına görə cinayət məsuliyyəti, həmçinin böyük məbləğdə cəriməni ehtiva edən qanun layihəsini parlamentin müzakirəsinə çıxarıb. Qanunu pozan şəxs 1 milyon Sinqapur dolları (738 min ABŞ dolları) həcmində cərimələnə və 10 il azadlıqdan məhrum edilə bilər.

“Human Rights Watch” təşkilatının nümayəndələri isə öz növbəsində, Sinqapur hakimiyyətini həddən artıq geniş xarakter daşıyan və bütün dünyada ifadə azadlığına təhdid yaradan yeni qanunu qəbul etməməyə çağırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR