Slimfit
  1. DÜNYA

Sinqapur dünyada şirin qazlı içkilərdən imtina edən ilk ölkə ola bilər

Sinqapur dünyada şirin qazlı içkilərdən imtina edən ilk ölkə ola bilər
Sakura

Sinqapur dünyada şirin qazlı içkilərdən imtina edən ilk ölkə ola bilər

Belə bir təklif ölkənin Səhiyyə Nazirliyinin diabetlə mübarizə məqsədilə hazırladığı təkliflər paketində öz əksini tapıb.

Məhdudlaşdırıcı təkliflər arasında istehsalçılardan və idxalçılardan alınan vergilərin artırılması da yer alıb. Bundan əlavə, həmin məhsulun istənilən reklamına qarşı tədbirlərin gücləndirilməsi və bu qəbildən olan bütün məhsulların sağlamlıq üçün mənfi və müsbət təsiri barədə markalanma işlərinin aparılması da nəzərdə tutulur. Hazırlanmış təkliflərin ictimai müzakirəyə çıxarılacağı bildirilsə də, hökumət orqanları bu içkilərin istehsalını azaltmaqda qərarlıdır. Bu təbəqədən olan məhsullar sırasına enerjili şirələr, maye halında olan yoğurtlar, "üçü birində” kofe tozları və digər məhsullar da daxildir.

Səhiyyə Nazirliyini bəyənatında deyilir: "Sinqapur inkişaf etmiş ölkələr sırasında diabet xəstələrinin sayına görə 11 faiz göstərici ilə çox yüksək yerdə dayanır. Proqnozlara görə, əgər indi məhdudlaşdırıcı tədbirlər görülməsə, 2050-ci ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayı bir milyon nəfərə çata bilər”.

Mütəxəssislərin hesablamalarına əsasən, orta hesabla hər bir sinqapurlu sutkada 12 qaşıq və ya təqrbən 60 qram şəkər istifadə edir ki, bunun da yarısı şirələrin payına düşür.

"The Straits Times” qəzetinin apardığı sorğunun nəticələrinə görə, mütəxəssislər bu təklifi dəstəklədiklərini bildirərək, sağlamlıq üçün zəruri olan təzə şirələrin satışa çıxarılmasının vacibliyini də vurğulayıblar.

 

Mənbə: Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR