Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

`Sınmış` ürəyi yapışdıran gel icad olunub

`Sınmış` ürəyi yapışdıran gel icad olunub
Sakura

`Sınmış` ürəyi yapışdıran gel icad olunub

Çindən və Birləşmiş Ştatlardan olan biokimyagərlər zədələnmiş damarları və hətta ürəkdə olan kəsikləri yarım dəqiqəyə yapışdıran xüsusi gel ixtira ediblər. FaktXeber.com-un verdiyi məlumata görə, sınaqların ilkin nəticələri Nature Communications jurnalında dərc olunub.

Bildirilir ki, döyünən ürəkdə qanaxmanı hələ bu qədər tez və effektiv dayandıran başqa bir üslub praktikada görülməyib.

«Donuzların ürəyini yapışdırdıqdan iki həftə sonra  keçirdiyimiz əməliyyatda geldə heç bir sızma və ciddi iltihab izinə rast gəlmədik», - deyə Çinin Çjetszyan Universitetindən Hongwei Ouyang bildirib.

Bu günə qədər cərrahlar və döyüş bölgəsində hərbçilər üçün ən böyük problem qanaxmanı dayandırmaq və yaranın yox olması üçün mövcud olan bütün üsulların çatışmazlığı idi. Məsələn, yaranın cərrahi  saplarla tikilməsi və sağalması çox vaxt tələb edir, yaraları yapışdırmaq üçün olan adi super kley isə çox toksik, yaxud kövrək olur. 

Yeni kəşf olunan üsulla bir neçə donuzda əməliyyat aparılıb: onların ürəyində 6 mm-lik  dəlik açılıb və sonra yapışdırılıb. Məlum olub ki, gel ürək əzələsinin səthinə yaxşı uyğunlaşır, 20 saniyəyə yapışır və bir neçə həftə – yeni hüceyrələr yaranana qədər öz möhkəmliyini qoruyur.

Alimlər bu gelin insan və heyvan orqanizmi üçün tam təhlükəsiz olduğunu vurğulayıblar, bildiriblər ki, onu təkcə  ürək, arteriya və başqa damarlarda deyil, adi yaralar üçün də istifadə etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR