Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri

Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri
Sakura

Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri

Sinir sıxılması sümüklər, qığırdaq, əzələlər və ya tendonlar kimi ətraf toxumalar tərəfindən bir sinirə çox təzyiq olunduqda meydana gəlir. Bu təzyiq sinir funksiyasını pozur, ağrı, qıcıqlanma, yuxululuq və ya zəifliyə səbəb olur.

Medicina.az xəbər verir ki, bədəninizin bir neçə bölgəsində sinir sıxışması baş verə bilər. Məsələn,onurğanızdakıyırtıq bir disk sinir kökünə təzyiq göstərə bilər və ağrının ayağınızın arxasına yayılmasına səbəb olur. Eyni şəkildə, biləyinizdə sıxışmış bir sinir əllərinizdə və barmaqlarınızda ağrı və uyuşmaya səbəb ola bilər (karpal tunel sindromu).

Sinir sistemimiz beyin, onurğa beyni və periferik sinirlərdən ibarətdir. Periferik sinirlər bədənimizi hərəkət etdirməyə və hisslərimizi hiss etməyə imkan verir.

 

Hansı sinirlər daha çox sıxılmaya məruz qalır?

Ən çox yayılmış nevropatiya, biləkdə median sinirin sıxılması nəticəsində yaranan carpal tunel sindromudur.Xüsusilə gecə tutan, əlin ilk üç barmağında uyuşma və qıcıqlanmaya və bəzən güc itkisi səbəbindən qol ağrısına səbəb ola bilər.

Başqa bir sinir sıxılması dirsəklərdə olur. Bu zaman dirsəkdən başlayan barmaqlara qədər uzanan ağrı və uyuşmalar baş verir. Hətta barmaqlarda gücsüzlük özünü göstərir.

Son illərdə spazm və boyun əzələlərinin qısalması səbəbindən daha tez-tez torakal çıxış sindromuna rast gəlirik. Qola gedən bütün sinirlər boyun əzələləri arasında sıxılıb, sinir şəbəkəsinə və bütün qolda ağrı və uyuşmaya səbəb ola bilər.

 

 

Sinir sıxılmalarına səbəb nədir?

Sinir uyuşmaları həddindən artıq işlədikdə, diabet, tiroid xəstəlikləri, müvazinət pozğunluqları və hamiləlik hallarında görülür. Belə ki, təzyiq altında olan sinir normal işləyə bilmir və müxtəlif şikayətlərə səbəb olur.Sinir impulsunun ən çox uyuşmaları xüsusən də gecələr baş verir.

Sinir sıxılmasının əlamətləri hansılardır?

Bu uyşmalar adətən özünü həssaslıq və uyuşma, ağrı, qıqıclanma, boğulma hissi, əzələlərin zəifləməsi və bükülməsi, əllərdə hərəkətdə çətinliyi kimi əlamətlərlə biruza verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR