Slimfit
  1. AZƏRBAYCAN

"Sınıq Körpü" gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi bu ayın sonunda istifadəyə veriləcək

"Sınıq Körpü" gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi bu ayın sonunda istifadəyə veriləcək
Sakura

"Sınıq Körpü" gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi bu ayın sonunda istifadəyə…

 "Azərbaycan-Gürcüstan sərhəddindəki "Sınıq Körpü" gömrük-keçid məntəqəsində gözləmələri azaltmaq üçün Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir. Mərkəzi bu ayın sonunda istifadəyə veriləcək". 

"Report" xəbər verir ki, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

O həmçinin bildirib ki, gömrük işinin keyfiyyətinin artırılması üçün bu ilin yanvar-avqust aylarında komitənin əməkdaşlarının sayı, təxminən, 250 nəfər artırılıb. 

Bundan başqa, onun sözlərinə görə, 8 ay ərzində aparılan işlər nəticəsində 6 155 qanun pozuntusu aşkar edilib: "Bunlardan 458-i cinayət xarakteli daşıyıb və dəyəri 6,135 mln. manat olub". 

DGK sədri həmçinin deyib ki, ilin əvvəlindən xarici ticarət fəaliyyəti iştirakçılarına 2,05 mln. elektron xidmət göstərilib. Bu isə Komitənin elektron xidmətlər sahəsində ilk yerə çıxarıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR