Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Sinif rəhbərləri üçün faydalı məlumat – Dövri qrafiklərin hazırlanma qaydası

Sinif rəhbərləri üçün faydalı məlumat – Dövri qrafiklərin hazırlanma qaydası
Sakura

Sinif rəhbərləri üçün faydalı məlumat – Dövri qrafiklərin hazırlanma qaydası

Ümumi təhsil məktəblərində bütün siniflər üzrə (I-XI) sinif rəhbəri təyin edilir. Sinif rəhbərinin əsas işi şagirdləri şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq və s. ibarətdir.

Sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilə və vəzifədən uzaqlaşdırıla bilər. Onların fəaliyyətinə isə tərbiyə işləri üzrə direktor müavini nəzarət edir. Qanunvericiliyə əsasən, sinif rəhbəri təyin edilmiş şəxslərin aylıq əmək haqqısına 40 manat əlavə edilir.

Sinif rəhbərinin işi səmərəliliyinə görə, məhsuldarlıq və fəaliyyət meyarları əsasında qiymətləndirilir. Məhsuldarlıq meyarı şagirdlərin sosial inkişafının səviyyəsini əks etdirir.

Fəaliyyət meyarı isə sinif rəhbəri üçün müəyyənləşdirilən sənədlərin mövcudluğu, sənədləşdirmənin tələblərə müvafiq şəkildə aparılması sinif rəhbərinin idarəetmə qərarlarının icrasını qiymətləndirmək imkanı verir.

Sinif rəhbərinin, görəcəyi işləri sistemli şəkildə həyata keçirmək üçün dövri qrafik tutması əhəmiyyətlidir.  Dövrü qrafik, 5 formada tərtib edilməlidir: gündəlik, həftəlik, aylıq, yarımillik və illik

Gündəlik dövri qrafik:

  1. Dərsə gecikən şagirdlərin ləngimə səbəblərini araşdırmaq;
  2. Məktəbin nizam–intizam qaydalarını pozan şagirdlərlə iş;
  3. Sinif növbətçiliyinin yerinə yetirilməsinə nəzarət;
  4. Şagirdlərinə verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək;
  5. Şagirdlərlə fərdi iş (plan üzrə). 

Həftəlik dövri qrafik:

1.Şagirdlərin gündəliklərini (səliqəli saxlanmasını,valideyinlərin imzasını, fənn müəllimlərin şagird nailiyyətlərini vaxtında yazmasını, lazımı qeydlərin yazılmasını və s) yoxlamaq.

Aylıq dövri qrafik:

1.Sinif jurnalına nəzarət etmək,lazım olduqca yeni səhifələrə şagirdlərin siyahısını yazmaq, şagird nailiyyətlərini izləmək;

2.Məktəb həkimi və psixoloqu ilə görüşmək ;

3.Məktəb kitabxanaçısı ilə görüşüb, şagirdlərin mütaliə vərdişlərinə yiyələnməsini və mütaliə vərdişlərinin inkişafını izləmək;

4.Valideynlər üçün məsləhət saatları ayırmaq, şagirdlərin təlim nailiyyətləri, xarakter və davranışlarını fərdi şəkildə müzakirə etmək;

5.Digər fənlər üzrə dərsləri dinləməklə,şagirdlərin təlim nailiyyətlərini izləmək;

6.Şagirdlərin dərnəklər, fakültativ və qrup məşğələlərində, məktəbdənkənar klublarda iştirakını izləmək;

7.Ay ərzində sinifdə görülən işlərlə bağlı hesabat hazırlayaraq təşkilat işləri üzrə direktor müavininə təhvil vermək.

Yarımillik dövri qrafik:

1.Yarımillik nailiyyətlər haqda hesabat hazırlamaq;
2.Şagirdlərin yarımil nailiyyətlərini “şəxsi iş”lərə yazmaq;
3.Hesabat xarakterli valideyn iclası keçirmək.

İllik dövri qrafik:

1. İllik nailiyyətlər haqda hesabat hazırlamaq;
2. Şagirdlərin illik nailiyyətlərini “şəxsi iş”lərə yazmaq;
3. Hesabat xarakterli valideyn iclası keçirmək.

Qeyd edək ki, sinif rəhbərinin fəaliyyəti Azərbaycan RespublikasınınTəhsil Qanunu, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, BMT-nin Uşaq Hüquqları Konvensiyasını və məktəbin nümunəvi Əsasnaməsinə əsasən müəyyən edilir.

Mənbə: AZEDU.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR