Slimfit
  1. MARAQLI

Sınan ürək və ya qarışıq beyin üçün ən yaxşı resept mürgüləməkdir

Sınan ürək və ya qarışıq beyin üçün ən yaxşı resept mürgüləməkdir
Sakura

Bir gecə normal yatmaq və ya sadəcə qısa müddətə mürgüləmək emosional məlumatları ümumiləşdirmək və…

Bir gecə normal yatmaq və ya sadəcə qısa müddətə mürgüləmək emosional məlumatları ümumiləşdirmək və çaşqın hisslərə nəzarəti bərpa etmək deməkdir.

Lakin yuxu yuxudan fərqlidir, alimlər xəbərdarlıq edir.

Qızı hələ məktəbə getməmişdən əvvəl Rebecca Spencer digər valideynlərdən, həmçinin uşaqlarla işləyənlərdən qısa müddətli yuxunun nə dərəcədə faydalı olduğunu öyrənib. Bu yuxu olmadan Rebecca-nın qızı əsəbi və narahat olurdu.

Spencer Massaçusetin Amherst Universitetində nevrobioloq kimi çalışır.

Ona görə də, o, təcrübədən ona məlum olan yuxunun vacibliyini elmi cəhətdən necə izah edildiyini araşdırmaq qərarına gəlib.

"Bəziləri təcrübə yolu ilə bunu öyrənirlər: gündüz yatmayan uşaq emosional cəhətdən idarəolunmaz olur.

Ona görə də belə bir sual yaranır.

Qısa müddətli yuxu zamanı bizim hisslərimizdə nə baş verir. Onlar hansısa şəkildə təkrarlanırlar?", - o deyir.

Müxtəlif araşdırmalar artıq göstərib ki, bu cür yuxu ümumiyyətlə bizə hisslərimizi anlamağa köməklik edir.

O, gün ərzində baş verən təcrübələrə və xatirələrin qorunmasına əsaslanan məlumatın kodlaşdırılmasında mühüm rol oynayır.

Emosional xatirələr hisslərin formalaşdığı beyindəki amiqdalanın (emosiya və yaddaşa cavabdeh olan badam şəklində beyin hissəsi) fəaliyyətini aktivləşdirməkdə əvəzedilməzdir.

"Amiqdalanın aktivləşməsi sizin toyunuzun və və ya valideynlərinizin dəfnini ofisdəki adi bir gündən daha yadda qalan gün olmasına imkan verir", - Spencer deyir.

Badam şəkilli hissə bu xatirələri mühüm bir şey kimi qeydə alır və yuxu zamanı beyin gələcəkdə onu daha asanlıqla yada salmaq üçün onunla günün adi hadisələrindən daha çox işləyir.

Yuxu labarotariyasında alimlər müəyyən ediblər ki, hətta sadəcə mürgüləmək çox faydalıdır

Lakin xatirələrin necə işlədəyinə təsir edərək yuxu bu şəkildə yaddaşın gücünü dəyişdirməyə qadirdir.

"Yuxuda emosional yaddaşın transformasiyası xüsusilə yaxşı alınır", - deyə Almaniyanın Tübinger Univerisitetindən olan Elaina Bolinger deyir.

Bir qədər əvvəl 8-11 yaş arasında araşdırma aparan Bolinger və həmkarları uşaqlara həm xoşagəlməz, həm də neytral məzmunlu şəkillər göstəriblər.

Uşaqlar hisslərinə uyğun gələn emosional reaksiyanı karandaşla çəkməklə nümayiş etdiriblər.

Bundan sonra onların bəziləri yatıb, bəziləri isə yox.

Digər otaqda oturan tədqiqatçılar əlavə olunmuş elktrodların köməyilə uşaq beyninin necə işlədiyini müşahidə ediblər.

Səhəri günü uşaqlara yenidən şəkillər göstəriblər.

Bu dəfə həm köhnə şəkillər, həm də təzə şəkillər göstərilib.

Yuxu uşaqlara emosiyalarına nəzarət etməsinə kömək edir

Dünən gecə yatan uşaqlar digər uşaqlarla müqayisədə öz emosiyalarını daha yaxşı idarə ediblər.

Məsələn, gecə yatanlar Bolinger-in beynin arxa hissəsində ölçülmüş gərginlik kimi təsvir etdiyi gec müsbət potensiala (GMP) bir o qədər emosional reaksiya verməyiblər.

O hər dəfə beyin məlumatları işləyən zaman yaranır və bu məlumat mənfi emosiyalarla bağlı olan zaman onun sıçrayışları xüsusilə böyük olur.

Lakin insanlar qismən də olsa GMP-ni idarə etməyə qadirdirlər.

Bolinger-in dediyinə görə, "biz bu və digər emosiyalara qarşı nə hiss etdiyimizi aktiv şəkildə dəyişməyə cəhd edirik. Biz özümüzə deyirik: yaxşı, mən buna o qədər güclü reaksiya verməməyə çalışacam, mən belə emosional reaksiyanı boğmaq

istəyirəm".

Bu araşdırmalar göstərir ki, yuxu emosional məlumatı ümumiləşdirməyə və bizim ona olan münasibətimizi idarə etməyə kömək edir. Və təsir özünü tez göstərir.

"Bir çox digər araşdırmalar həmçinin hətta gecə yuxusunun faydalı olduğunu göstərib", Bolinger deyir.

Lakin, belə çıxır ki yuxu yuxuya qarşıdır.

Alimlər aşkar ediblər ki, xatirələrin istehsalının tez yuxu mərhələsinə kömək etməsi mümkündür

Yuxu növləri

Tez yuxu mərhələsi adətən emosional xatirələrlə assosiasiya olunur və insanın bu cür yuxusu nə qədər çox olarsa o, öz hisslərini və digər insanların emosional reaksiyalarını daha yaxşı başa düşür.

O, həmçinin keçmişdəki emosional rəngli hadisələri daha çox xatırlayır. Nəzəriyyələrdən birinə görə, bu, tez yuxu mərhələsi zamanı noradrenalin hormon stressinin ifraz olunmamasıyla bağlıdır.

Müvəqqəti olaraq azad edilən beynimiz bu vaxtdan stressiz xatirələrin istehsalında istifadə edir.

Linkoln Universitetində yuxu və idrak qabiliyyətləri laboratoriyasına başçılıq edən Simon Duran daha bir aspekti izah edir.

Duran-ın sözlərinə görə, beynin prefrontal korteksi (onun daha çox inkişaf etmiş hissəsi) sakit qalmaq impulsların doğulduğu və baş verənlərə dərhal reaksiya verməkdən çəkinmək yeridir.

Oyaq olan zaman beynin bu hissəsi amiqdala, nəticədə emosiyalara nəzarət edir. Yuxu zamanı nəzarət zəifləyir.

"Beləliklə bu müəyyən mənada tez yuxu mərhələsi zamanı bizim emosiyalardakı əyləci aradan qaldırır", o deyir.

Alimlər artıq tez yuxu mərhələsi zamanı xüsusilə emosional cəhətdən rəngli yuxuların hardasa mənalı şəkildə şərh olunması ideyasını irəli sürüblər.

Lakin bir qədər əvvəlki həyəcanlar bu cür yuxularda kifayət qədər tez-tez əks olunur, əsasən də hadisələrin təkrarı kimi deyil, emosional hisslər formasında.

Duran-ın sözlərinə görə, ilkin məlumatlar "yuxuda baş verənlərin gələcəkdə daha yaxşı yadda qaldığından" xəbər verir.

Bu prossesi yuxunun öyrənilməsi sahəsində ilklərdən olan Rosalind Cartwright (Chicago Yuxu Pozuntuları Mərkəzinin rəhbəri) araşdırıb.

Cartwright-ın nəzəriyyəsinə görə, yuxu zamanı yaxın vaxtda yaşanan stressli hadisələr bir-birinə qarışır, oxşar xatirələrlə birləşir.

Beləliklə, yatanlar həyatda artıq onların başına gələnlərin kontekstində ağrılı xatirələrə mane olurlar və bu yolla da mənfilik dərəcəsini azaldırlar.

Lakin Spencer hesab edir ki, yuxu digər mərhələlərdə də müəyyən rol oynayır.

Ləng yuxu mərhələsi (hansı ki biz yuxulamağa başlayırıq) xatirələri birləşdirir.

O, neytral xatirələrin istehsalında xüsusilə yaxşıdır.

Spencer-in araşdırması ləng yuxu mərhələsi davamlılığının emosional xatirələrin necə transformasiya olmasına təsir etdiyini göstərir.

Yuxuları şərh etməyə ehtiyac yoxdur, lakin onlar emosional təcrübənin inteqrasiyasında mühüm rol oynayır

Qısa yuxu dövrləri (məsələn, gündüz yuxusu) əsasən "ləng yuxulardan" ibarətdir.

Bir qədər əvvəl dərc olunan, Spencer-in həmmüəllifi olduğu məqalələrdən biri təkcə gecə yuxusunun deyil, həm də qısa yuxunun uşaqların emosional xatirələrlə davranışına əhəmiyyətli töhfə verdiyini nümayiş etdirən ilk məqalə olub.

Gündüz yatmayan uşaqlar həddən artıq emosional olurlar.

Yuxu yatanlar daha sakit olurlar (Spencer bu təsiri zarafatla "Fil kimi sakit" adlandırır), emosional hadisələrə də eynilə neytral hadisələrə göstərdikıəri reaksiyanı göstərirlər.

Ümumilikdə, "gündüz yatmayan uşaqlar emosional narahatlıqlara qarşı daha həssas olurlar" o qeyd edir.

Sadəcə ona görə ki, onların bu günün emosional ağırlığını birləşdirməyə, mənimsəməyə və yenidən işləməyə vaxtları catmayıb.

Spencer həmçinin hesab edir ki, uşaqlara təsir etdiyi dərəcədə olmasa da, qısa yuxu böyüklərə də kömək edir.

Böyüklərin hippokampı (beynin yaddaş, emosiya və oyrənmə kimi mühüm funksiyalarına cavabdeh olan bölməsi) daha yetkindir və buna müvafiq olaraq onların xatirələrin öhdəsindən gəlmək bacarığı daha güclü inkişaf edib.

Ona görə də, böyük adama gündüz yatmamaq o qədər də zərərli deyil.

Bu onun davranışına pis təsir göstərmir. Lakin yalnız müəyyən bir nöqtəyə qədər.

Spencer-in yuxudan asılı olaraq fərqli yaşlardakı araşdırması göstərir: "siz qocalan zaman xatirələrin birləşdirilməsinə daha tez-tez qaçmalısınız, ona görə ki yaşla əlaqədar sizin hippokam zəifləməyə başlayır".

Maraqlıdır ki, yaşlı insanlar daha çox mücbət hadisələri, cavanlar isə mənfi hadisələri xatırlayırlar.

Bu gənc yaşlarda xoşagəlməz təcrübəylə həyatın çətinliklərinin öhdəsindən gəlməyi öyrənmək və təhlükəli vəziyyətlərdən qaçmağın mühüm olmasından irəli gələ bilər.

Lakin həyatın sonuna yaxın insanlar xoş xatirələri prioritet edirlər.

Hətta tez yuxu mərhələsi olmadan mürgüləmək uşaqlara gələcəkdə emosiyaların öhdəsindən gəlməyə kömək edir

Bundan başqa onlarda tez yuxu mərhələsi qısa olur, hansı ki böyük ehtimalla keçmişin mənfi hadisələri qırılır.

Xüsusilə də bu depressiayada olan insanlarda belə olur.

Müalicəvi istifadə

Alimlər həmçinin yuxunun xüsusi növlərindən (məsələn, şüurlu yuxular) travma sonrası stress pozuntularının müalicəsində necə istifadə olunmasını anlamaq istəyirlər.

Araşdırmalardan birinə əsasən, travmatik təcrübədən sonra yaxın 24 saat ərzindəki yuxu onu daha az yadda qalan edir.

Yüksək narahatçılıqlardan əziyyət çəkən insanlara yuxu müalicəsi qorxulardan xilas olmağa kömək edə bilər.

Lakin depressiyada olan insanlarla bu heç də asan deyil.

Son vaxtlar yatmadan müalicə üsulu məhşurluq qazanıb.

Burada depressiyanı müalicə etmək üçün insanlar qəsdən yuxudan məhrum edilir.

Yuxusuz vəziyyət bəzi hallarda qoruma təsirinə sahib ola bilər.

Spencer ciddi psixoloji zərərdən sonra anormal vəziyyətə normal cavab kimi "təbii bioloji reaksiyanın yuxusuzluq olacağını" qeyd edir.

Belə ki, bəzən bu yaxşı ola bilər, o zaman ki yuxudan məhrum etmə (xüsusilə onun tez fazası) beyinə emosional mənfi xatirələri birləşdirməyə mane olur.

"Tez yuxu mərhələsi uzun müddət olan insanların daha çox depressiyada olmasına dair dəlillər var", deyir Duran.

Onun fikrincə, bu ona görədir ki, depressiyada olan insanlar tez yuxu mərhələsi vaxtında təkrar-təkrar pis xatirələrə geri qayıdırlar.

Kiməsə yuxu kömək edir, bəzilərinin isə tez yuxu mərhələsindən yayınması daha yaxşıdır

Niyə görə yuxudan məhrum etmə bəzilərinə depressiya və ya emosional pozuntunun öhdəsindən gəlməyə kömək edir, bəzilərinə isə yox?

Duran-ın və həmkarlarının yeni işi səbəbin genetikada olduğunu göstərir.

Müəyyən gen (beynin nevrotrof amili, BDNF) yəqin ki yuxu zamanı yaddaşın möhkəmlənməsinə cavab verir.

Yeni araşdırma göstərir: bu genin xüsusi dəyişikliyi olan insanlar yuxu zamanı keçmişin mənfi hallarına təkrar-təkrar qayıtmağa meyllidirlər.

Tez yuxu mərhələsini minimuma endirmək üçün ən yaxşısı tez yatmaq və tez durmaqdır.

Məhz buna görə, Duran bu insanara mütəmadi gündüz yatmağı tövsiyyə edir.

"Mən yaşadığım müddətdə bizim bunun öhdəsindən gələcyimizi düşünmürəm",- Spencer yuxu və yuxusuzluq müalicəsinin klinikada mümkün tətbiqi barədə deyir.

Lakin artıq indi aydındır ki, müəyyən hallarda vacib qərar qəbul etməzdən əvvəl yatmaq lazımdır.

Yuxu sizin qarışıq hisslərinizi nizamlayacaq, emosiyalarınızı sakitləşdirəcək və doğru seçim etməyinizə kömək edəcək.

Bolinger bunu çox sadə formalaşdırır: əksər hallarda "yuxu sizin özünüzü yaxşı hiss etməyinizə kömək edir".

Son nəticədə qırılmış ürək və ya qarışıq beyin üçün ən yaxşı resept mürgüləməkdir.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR