Dərc edildi: Baxış sayı: 354
Sinan Oğan: "Qənirə Paşayevanın ölümü Türkiyə üçün də böyük itkidir"
"Qənirə Paşayevanın ölümü Türkiyə üçün də böyük itkidir".
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu türkiyəli siyasətçi Sinan Oğan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.
"30 il öncə tanıdığım Qənirə Paşayeva necə idisə, son günə qədər də elə qaldı. Millətinə, Vətəninə sadiq oldu. Biz bu gün onu itirdik. Avropa Şurası Parlament Assambleyasında, Türkiyədə çıxışları, Azərbaycançılıq ideologiyası uğrunda apardığı mübarizə tarixdə qalacaq. Türkiyədə də hüzn var. Millət olaraq başımız sağ olsun, Allah rəhmət eləsin", - S.Oğan söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət