Dərc edildi: Baxış sayı: 526
Şımpırlı Sevgili - Yollar, hey
Ərş ahımdan zinhar oldu,
Yollar, qədəmli olsan, hey!
Çək canımı - irahlanım,
Məzar, udumlu olsan, hey!
Kövsər gölləri içirsən,
Tuba bağlara uçursan.
Həm gətirən, həm göçürən,
Dada yetimli olsan, hey!
Dəli dərya axıb-coşub,
Baxıb mana - rahatlaşıb.
Sevgilidən ibrət qoşub,
Dərdə yatımlı olsan, hey!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət