Dərc edildi: Baxış sayı: 663
Şımpırlı Sevgili - Oğlan
Məni xəcalətdə qoyub gedibsən,
Sidq ilə yolunu gözlərəm, oğlan.
Cənnəti-Rizvanı, huri-qılmanı,
Sən olmayan yerdə neylərəm, oğlan?
Xəstə əhvalımla qaldım zarıncı,
Dost-qohum danlağı, düşman gülüncü.
Sinəmin üstündə narı, turuncu,
Bir səndən ötəri bəslərəm, oğlan.
Sevgiliyəm, dərdə çara gəl, gətir,
Xar olan çəməndə gül-çiçək bitir.
Əgər gələsisən, bir xəbər yetir,
Çatan əcəlimi əylərəm, oğlan.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət