Dərc edildi: Baxış sayı: 458
Şimali və Cənubi Koreya yeni danışıqlara hazırlaşırlar
Cənubi Koreya ilə Şimali Koreya rəsmiləri iki ölkə liderləri arasında yeni zirvə görüşünə hazırlıq üçün avqustun 13-də yüksək səviyyəli müzakirələr aparacaqlar.
Faktxəbər-in məlumatına görə, bu barədə Cənubi Koreyanın Birləşdirmə Nazirliyinə istinadən "Yonhap" agantliyi xəbər yayıb.
Bildirilir ki, görüş Panmunjom sərhəd məntəqəsində keçiriləcək. Cənubi Koreya nümayəndə heyətinə birləşdirmə naziri Ço Myun Gen rəhbərlik edəcək.
Bir müddət əvvəl isə Şimali və Cənubi Koreya nəqliyyat orqanlarının nümayəndələri Pxenyan və Seul arasında sürücülərə maneəsiz hərəkət şəraiti yaratmaq üçün danışıqlar aparıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət