Slimfit
  1. TEXNOLOGİYA

Şimali Koreya üz tanıma sistemini sınaqdan keçirir

Şimali Koreya üz tanıma sistemini sınaqdan keçirir
Sakura

Şimali Koreya üz tanıma sistemini sınaqdan keçirir

Şimali Koreya hökuməti müxtəlif müəssisələri ziyarət edən insanların sayını hesablamaq üçün üz tanıma sisteminin sınağına başladı. Bundan başqa, Yonhap cənubi Koreya agentliyinin məlumatına görə, sistem üzləri yadda saxlayır ki, bu da işin dəqiqliyini artırmağa imkan verir. Qeyd olunur ki, hazırda sistem ancaq statistik məlumatların toplanması üçün işləyir, amma yaxın gələcəkdə onun imkanları xeyli genişləndiriləcək.

Üz tanıma sistemləri artıq Pxenyan xəstəxanası və bir neçə dövlət müəssisəsində quraşdırılıb. Sonra onu bütün ölkədə tətbiq etməyi planlaşdırırlar. Agentliyinin məlumatında qeyd olunur ki, şimali koreya layihəsini baş tutmuş hesab etmək olar, çünki sistem effektiv, tez və dəqiq işləyir.

Xatırladaq ki, yüksək texnologiyalar sahəsindəki araşdırmalar Şimali Koreyada 2012-ci ildən, demək olar ölkənin əvvəlki rəhbəri Kim Çen Inın idarəetməsinin əvvəllərindən aparılır.  Alimlərin işləri əsasən üz tanıma və süni intellekt texnologiyalarının istifadəsi ilə bağlıdır. Bu texnologiyaların tətbiqi həyatın bütün sahələrində Şimali Koreya vətəndaşlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün planlaşdırılır.

 

Mənbə: Oreanda.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR