Slimfit
  1. DÜNYA

Şimali Koreya nüvə müzakirələrini dayandırdı

Şimali Koreya nüvə müzakirələrini dayandırdı
Sakura

Şimali Koreya nüvə müzakirələrini dayandırdı

Şimali Koreya ABŞ-la nüvə müzakirələrini dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Qeyd edilib ki, Pxenyan və Vaşinqton arasında 5 oktyabrda yenidən başlaması razılaşdırılan nüvə müzakirələri davam etməyəcək.

Bu gün İsveçdə başlayan müzakirələrə qatılan Şimali Koreya diplomatı Kim Myonq Gil ABŞ-ın müzakirə masasına hər hansı bir şey qoymamasının onları məyus etdiyini deyib. Diplomat müzakirələrin davam etməməsi ilə bağlı məsuliyyətin ABŞ-a aid olduğunu söyləyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn sonuncu dəfə 30 iyunda Şimali və Cənubi Koreya arasındakı silahsızlandırılmış bölgədə görüşərək, nüvə müzakirələrinə davam etməyə qərar vermişdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR