Dərc edildi: Baxış sayı: 734
Şimali Koreya Çinlə sərhədini bağlayır
Koreya Xalq Demokratik Respublikası (KXDR) Çinlə sərhədi bağlayır.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb Çində yeni növ koronavirus xəstəliyinin yayılmasıdır.
Bildirilib ki, KXDR 22 yanvar tarixindən xarici turistlərin qəbulunu dayandıracaq. Qərar virusunun ölkədə yayılmasının qarşısını almaq üçün qəbul edilib.
Xatırladaq ki, turistlər Şimali Koreyaya Çin ərazisindən daxil olurdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət