Slimfit
  1. DÜNYA

Şimali Kiprdə yeni hökumət formalaşdırılır

Şimali Kiprdə yeni hökumət formalaşdırılır
Sakura

Şimali Kiprdə yeni hökumət formalaşdırılır

 

Şimali Kiprin Prezidenti Mustafa Akıncı yeni hökumət formalaşdırılmasını Milli Birlik Partiyasına (MBP) həvalə edib.

AZƏRTAC Türkiyənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, Prezident Mustafa Akıncı parlamentdə təmsil olunan 6 partiya sədri ilə görüşəndən sonra bu qərara gəlib və yeni hökumətin tərkibini müəyyən etməyi MBP-nin sədri Ersin Tatara tapşırıb.

Xatırladaq ki, ötən il yanvarın 7-də Şimali Kiprdə parlament seçkiləri keçirilib. Fevralın 2-də isə seçkilərdə mandat qazanan 4 siyasi partiyanın iştirakı ilə koalision hökumət qurulub.

Cari il mayın 8-də Demokrat Partiyasının sədri Serdar Denktaşın tutduğu maliyyə naziri vəzifəsindən istefa verməsi səbəbindən koalision hökumətdə böhranı yaranıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR