Slimfit
  1. ELM

Sillogizm

Sillogizm
Sakura

Sillogizm — üç sözdən ibarət məntiqi fikir : iki giriş (aydınlaşdıran) söz və bir nəticə söz

Sillogizm (yun. συλλογισμός) — üç sözdən ibarət məntiqi fikir : iki giriş (aydınlaşdıran) söz və bir nəticə söz.

Sadə qəti sillogizm — deduktiv əqli nəticənin ən çox işlədilən növüdür. Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır. Sadə qəti sillogizmlər üç hissədən ibarət olur: böyük, kiçik müqəddimələr və nəticə.

Nümunə:

Hər cür cinayət qanun pozuntusudur(böyük müqəddimə)
Oğurluq işi cinayətdir(kiçik müqəddimə)
-------------
Oğurluq işi qanun pozuntusudur(nəticə)

Sillogizmdə düzgün nəticə almaq üçün sillogizm aksiomuna fikir vermək lazımdır. Yəni, iki həqiqi hökm bir biri ilə düzgün əlaqələndirildikdə nəticə də düzgün alınmalıdır.Hər bir sillogizm düzgün informasiya vermək üçün qaydalara tabe olmalıdır.

Sillogizmlərin qaydaları

Terminlərin qaydaları: Hər bir sillogizmdə 3 termin olmalıdır, az və ya çox olarsa nəticə almaq mümkün deyil. Orta termin heç olmasa müqəddimlərin birində ehtiva olunmalıdır. Orta terminlər eyni mənalarda işlənməlidir.
Müqəddimələrin qaydaları: İki inkari hökmdən nəticə almaq olmaz. Ən az biri iqrari olmalıdır. Müqəddimələrdən biri inkaridirsə, nəticə də inkari olacaqdır. İki xüsusi hökmdən nəticə çıxmır. Ən az biri ümumi olmalıdır və müqəddimələrdən biri xüsusidirsə nəticə də xüsusidir.

Sillogizm nümunəsi:

  • Ağıllı fikir məqbuldur.
  • İş canın cövhəridir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR