Slimfit
  1. AZƏRBAYCAN

“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini yenidən uğurla keçib

“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini yenidən uğurla keçib
Sakura

“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini yenidən uğurla keçib

Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) İOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlama prosedurunu uğurla keçib və müvafiq sertifikatı daha iki il müddətinə - 2021-ci ilin yanvar ayınadək uzadıb.

Nəzərə alsaq ki, bu standartın tələbləri ildən-ilə sərtləşdirilir, keçirilən audit “Silk Way West Airlines” aviaşirkətini bir daha mülki aviasiyada ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı yük aviadaşıyıcı kimi təsdiqləyib.

İOSA (İATA-nın İstismar Təhlükəsizliyinin Audit proqramı) - bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz mütləq standart və tövsiyyə olunan prosedurlardır. Aviaşirkət auditin keçirilməsi zamanı bu standartlara və tövsiyyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir.

Təhlükəsizlik təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur. İnsan amili təsirindən risklərin minimallaşdırılması sistemi və düzəliş əməliyyatlarının vaxtında təmin edilməsinə imkan verən əks əlaqə sistemi nəzərdə tutulmuşdur.

Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda təfərrüatına kimi qeyd edilir ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir.

“Silk Way West Airline” aviaşirkəti artıq üçüncü dəfədir ki, İOSA sertifikatını alır. Belə ki, aviaşirkət ilk dəfə İOSA sertifikatını 2015-ci ildə almışdır. Aviaşirkət “Azərbaycan Hava Yolları”ndan (AZAL) sonra ölkədə İOSA sertifikatına malik ikinci aviaşirkətdir. 

Audit hava daşımaları, mühəndislik və texniki xidmət, aviasiya xidmətləri, yerüstü xidmət və yük emalı, uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin edilməsi, personalın idarə olunması və keyfiyyətin təminatı şöbələrində, həmçinin uçuşları idarəetmə mərkəzində keçirilmişdir. İOSA auditinin başa çatması “Silk Way West Airlines” aviaşirkətinin uçuşların təhlükəsizliyi üzrə ən yüksək standartlara sadiqliyini bir daha təsdiqləyir.

2012-ci ildə yarandığı andan etibarən yük aviadaşıyıcısı bütün dünya üzrə bir çox istiqamətləri əhatə etmək məqsədilə öz marşrut şəbəkəsini daima genişləndirir. “Silk Way West Airlines” doqquz “Boeing B747” təyyarəsi ilə Bakıdan Honkonq, Osaka,

Seul, Dəkkə, Şanxay, Sinqapur, Kuala-Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay və s. kimi əsas nəqliyyat hablarına uçuşlar yerinə yetirir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR